Avroliqa "Panatinaikos"un ərizəsini qəbul etməyib

23 İyun, 12:17 Sosial mediada paylaşın:
“Panatinaiokos”un Avroliqanı tərk etməklə bağlı ərizəsi qəbul edilməyib.
Afina klubunun rəhbərliyi klubu satışa çıxarmaqla yanaşı, Avroliqanın A lisenziyasından imtina etməyi də qərara alıb.Lakin liqada mübarizə aparan 10 komanda bununla əlaqədar etirazını bildirib. Reqlamentə əsasən, Avroliqa komandalarının çoxu hər hansı klubun yarışdan çıxmasına qarşıdırsa, həmin komanda liqanı sərbəst tərk edə bilməz. Amma qaydalara görə, heç bir klubu məcburi şəkildə çempionatda saxlamaq da mümkün deyil. Klub çempionatdan çıxmaq istəyirsə, o zaman ən azı 10 milyon avro təzminat ödəməlidir.
 

CANLI YAYIM