ATP və WTA mükafat fondunu azaldacaq

22 İyun, 11:03 Sosial mediada paylaşın:
Avqust ayından tennis turnirlərinin bərpa ediləcəyini xəbər vermişdik. Amma pandemiyanın yol açdığı maliyyə fəsadlarına görə, tennisçilər istədikləri qədər qazana bilməyəcəklər. Buna ATP və WTA-nın xərcləri azaltması səbəb olub.
ATP və WTA mükafat fondlarını azaldacaqları ilə bağlı qərar qəbul edib. Buna pandemiya nəticəsində yaşanan maliyyə böhranı səbəb olub. Amerika mətbuatının məlumatına görə, WTA İnternational seriyalı turnirlərin mükafat fondunun həcmini 18 faiz azaldacaqsa, Premier Mandatory yarışlarının xərci 32 faiz aşağı enəcək.
Bu mənada ATP-dəki ixtisarların həcmi ilə bağlı heç bir məlumat verilmir. Amma mənbələrin yazdığına görə ATP 250 və ATP 500 turnirlərinin mükafatları azaldılacaq. Elə “Masters” seriyalı turnirlərə də zərbə dəyəcək. Amma bu yarışlarda böyük ixtisarlar olmayacaq. Turnirlərin mükafat fondunun xərcləri yalnız azarkeşlər arenalara buraxılacağı halda bərpa ediləcək. “Böyük Dəbiıqə” seriyalı turnirlərə gəlincə, onların mükafat fondu olduğu kimi qalacaq. Amma ABŞ Açıq tennis turnirinin təsnifat mərhələsi ləğv ediləcək. Tennisçilər yalnız reytinqdəki mövqeyinə görə bu turnirdə iştirak etmək imkanı qazanacaq.
 Xatırlaradaq ki, tennis turnirəri avqustun 3-də start götürəcək. Həmin gün qadınlar arasında Palermoda turnirin startı veriləcəksə, avqustun 14-də kişilər arasında Vaşinqtondakı yarış başlayacaq.

CANLI YAYIM