"Qarabağ" Emil Balayevi geri qaytarır

22 İyun, 10:47 Sosial mediada paylaşın:
Vaqner də Silva ilə yolları ayıran «Qarabağ» onun yerini kiminlə dolduracağını müəyyənləşdirib.
Qurban Qurbanov keçmiş qapıçısını geri qaytarmaq fikrinə düşüb. Bu, «Zirə» ilə 3 aylıq sözləşməsi artıq başa çatan Emil Balayevdir. Hazırda tərəflər arasında danışıqlar demək olar yekunlaşıb. Millimizin üzvü yenidən Ağdam klubuna dönməyə razılıq verib. Ancaq Balayevə bir neçə xarici ölkədən də dəvət var. Gənc qapıçı legioner həyatı yaşamaq istəyir. Əgər bu variantlar baş tutmasa o, Azərbaycanda ancaq “Qarabağ”da oynayacaq.
Qeyd edək ki, Emil Balayev 2016-ci ildə “Qarabağ”ın şərəfini qoruyub.

CANLI YAYIM