Avroliqada İtaliya klublarının sayı arta bilər

29 May, 10:21 Sosial mediada paylaşın:
Avroliqada daha bir İtaliya komandası mübarizə apara bilər.
Bu barədə qurumun prezidenti Jordi Bartomeu məlumat verib. Onun sözlərinə görə, qəhvə istehsalı ilə məşğul olan şirkətlərdən birinin “Virtus”a sahib çıxması Bolonya klubunun iddiasını artırıb və məqsəd qitə turnirində çıxış etməkdir. Bolonyada 15 minlik arenanın inşası nəzərdə tutulur və səlahiyyət sahibləri liqada İtaliyanın daha bir komandasını görmək istəyir.
Hazırda Avroliqada İtaliyanı yalnız “Milan” klubunun təmsil etdiyini də vurğulayaq.

CANLI YAYIM