Derlis Meza Kolli yenidən Azərbaycanda oynaya bilər

20 May, 11:39 Sosial mediada paylaşın:
Vaxtilə Azərbaycanda oynamış paraqvaylı futbolçu Derlis Meza Kolli yenidən ölkəmizə qayıda bilər.
Bu barədə futbolçunun özü məlumat verib. Hazırda Rumıniyanın “Petrolul” klubunda oynayan yarımmüdafiəçinin sözlərinə görə, onunla Azərbaycanın iki klubu maraqlanır. Ancaq hazırda klubu ilə müqaviləsi olan Derlis Meza Kolli hər şeyin mövsümün sonunda dəqiqləşəcəyini açıqlayıb.
Qeyd edək ki, Derlis Kolli ölkəmizdə “Neftçi”, “İnter” və “Qəbələ”də çıxış edib. Onun qardaşı Sezar Meza Kolli isə hazırda “Keşlə”də oynayır.

CANLI YAYIM