Rivaldo Ter Ştegenin daha çox qazanmalı olduğunu düşünür

27 Mart, 12:00 Sosial mediada paylaşın:
Rivaldo “Barselona” rəhbərliyini Ter Ştegenin məvacibini artırmağa səsləyib.
Məsələ ondadır ki, Kataloniya klubunun  ilə 6,5 milyon avro təklifindən almaniyalı qapıçı  imtina edib. Braziliyalı sabiq oyunçunun fikrincə,  “Barsa” rəhbərliyi Ter Ştegenin tələbini yerinə yetirməlidir: “Mənə elə gəlir ki, Mark-Andre daha yüksək məvacibə layiqdir. O, son illər  klub üçün çox böyük işlər görüb. Razıyam, Mark-Andre  Messi və Suares qədər məvacib almamalıdır, amma o,heyətin ən çox qazanan oyunçularından biri olmalıdır. Məhz Ter  Ştegenin  seyvləri sayəsində komanda toparlana bilir. Almaniyalı ayağı ilə də əla oynayır”.
Əlavə edək ki, Rivaldo həm də “Barselona”nın Neymarı qaytarmalı olduğunu söyləyib. Onun fikrincə, “İnter”də çıxış edən Lautaro Martinesi gənc olduğuna görə indiki məqamda transfer etmək riskə bərabərdir.”

CANLI YAYIM