MXL işçilərinin maaşını kəsir

25 Mart, 13:34 Sosial mediada paylaşın:
MXL müvəqqəti olaraq ofis əməkdaşlarının məvacibini 25 faiz azaldacaq.
Koronavirusa görə böhrana düşməmək üçün liqa rəhbərliyi belə bir addım atmağa məcbur olub. Bu qərar aprelin 1-dən tətbiq olunacaq. ESPN-nin məlumatına görə, MXL rəhbərliyi belə etməklə həm də işçilər arasında ixtisarların da qarşısını alacaq.
Qeyd edək ki, MXL-də olduğu kimi MBA-dədə mövsüm dayandırılsa da, bu liqada hələ ki, maaşların azaldılması ilə bağlı qərar qəbul olunmayıb.