BOK qərarını bir aydan sonra açıqlayacaq

23 Mart, 12:59 Sosial mediada paylaşın:
Beynəlxalq Olimpiya Komitəsi Tokio 2020 ilə bağlı qərarını bir aydan tez qəbul etməyəcək.
Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Hazırda təşkilat alternativ variantlar barədə fikirləşir. Mənbənin yazdığına görə, BOK tələsmək istəmir və vəziyyətin yaxşılaşacağına ümid edir. Komitənin prezidetnti Tomas Bax özü də bəyanat yayaraq bu xəbəri təsdiqləyib.
Xatırladaq ki, Olimpiada təqvim üzrə iyulun 24-ü başlanıb avqustun 9-u yekunlaşmalıdır.