Amerika aprelin sonuna qədər xokkeysiz qalacaq

17 Mart, 13:00 Sosial mediada paylaşın:
MXL-də çempionat aprelin sonuna qədər bərpa olunmayacaq.
Artıq təşkilat bununla bağlı klublara məlumat verib. Liqa rəhbərliyi xokkeyçiləri müəyyən təlimatla da tanış edib. Bunlara əsasən, məcburi fasilə ərzində hər bir oyunçu dünyanın istənilən yerinə gedə bilər. Amma onlar martın 27-nə qədər karantində qalmalıdırlar.
Xatırladaq ki, MBA-dən fərqli olaraq MXL-də koronavirusa yoluxma halı qeydə alınmayıb.