MXL-də də mövsüm dayandırıldı

13 Mart, 14:00 Sosial mediada paylaşın:
Milli Xokkey Liqasında yarış koronavirus təhlükəsinə görə dayandırılıb.
Məsələ ilə bağlı komandalara rəsmi xəbərdarlıq edilib. Düzdür, MBA-dan fərqli olaraq MXL-də çıxış edən xokkeyçilərdə virus tapılmayıb. Amma ABŞ və Kanadada pandemiyanın sürətlə yayılması liqa rəhbərliyini belə bir addım atmağa məcbur edib. Üstəlik nəzərə almaq lazımdır ki, MXL-də yarışan 11 komandanın arenasından həm də MBA oyunlarında istifadə olunur.
Xatırladaq ki, Amerikada Milli Beysbol Liqası və MLS yarışları da dayandırılıb.

CANLI YAYIM