Povetkin Vaytla mayın 2-də Mançesterdə qarşılaşacaq

4 Mart, 16:45 Sosial mediada paylaşın:
Rusiyalı boksçu Aleksandr Povetkin mayın 2-də Mançesterdə WBC versiyası üzrə superağır çəkidə müvəqqəti dünya çempionu britaniyalı Dillian Vaytla qarşılaşacaq.
Povetkinin proumoteri Andrey Ryabinski mətbuata açıqlamasında deyib ki, boks həvəskarlarını olduqca maraqlı döyüş gözləyir. O, Vaytı çox güclü rəqib kimi səciyyələndirib. Ryabinskinin fikrincə, döyüşün keçirilməsi üçün məhz britaniyalı boksçu təşəbbüs göstərib.