Ceyms və Teytum MBA-da fevralın ən yaxşı oyunçusu seçilib

4 Mart, 16:17 Sosial mediada paylaşın:
“Leykers”in lideri Lebron Ceymslə “Boston”un forvardı Ceyson Teytum fevral ayında MBA-nın ən yaxşı oyunçuları seçilib.
Ceyms keçirdiyi 10 oyunda 26 xal, 8,1 ribaund və 10,1 məhsuldar ötürmə ilə Qərb konfransında diqqət mərkəzinə düşüb. Bununla da o, 2009-cu ildən bəri ardıcıl 2 ay konfransın ən dəyərli oyunçusu seçilən ilk “Leykers”li basketbolçu olub. Bunu, sonuncu dəfə 2008-ci ilin dekabr və 2009-cu ilin yanvarında Kobi Brayant bacarmışdı.
“Boston”un forvardı Ceyson Teytum isə fevralda hər oyuna orta hesabla 30,7 xal, 7,9 ribaund və 3,2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerasında ilk dəfə bu mükafata sahib çıxıb.

CANLI YAYIM