"Valensiya" rəhbərliyi Manuel Pelleqrini ilə görüşüb

26 Fevral, 13:30 Sosial mediada paylaşın:
Manuel Pelleqrini “Valensiya”nın baş məşqçisi ola bilər.
İspaniya mətbuatının məlumatına görə, artıq klub rəhbərliyi çilili mütəxəssislə görüş keçirib. Amma hələ ki, Pelleqrini razılıq verməyib. Xatırladaq ki, “Valensiya” mövsümə Marselino Qarsiya Toralla başlamış, amma sonradan Albert Selades komandanın “sükanı arxası”na keçmişdi. Pelleqrini isə ötən ilin dekabrında “Vest Hem”dən istefaya göndərilib.

CANLI YAYIM