Vaylder revanş görüşü tələb edə bilər

24 Fevral, 16:45 Sosial mediada paylaşın:
Deontey Vaylder Tayson Fyuri ilə 3-cü dəfə qarşılaşa bilər.
Amma amerikalı boksçu revanş döyüşünə çıxmaq istədiyini 30 gün ərzində rəsmən bildirməlidir. Bu maddə müqavilədə yer alıb. Xatırladaq ki, fevralın 23-də Fyuri Las-Veqasda Deontey Vaylderi məğlub edərək WBC versiyası üzrə kəmərə sahib çıxıb. Bu isə amerikalı boksçunun karyerasında ilk məğlubiyyətdir.