"Herta"nın sərmayədarı: "Klinsmann bizi yarıyolda qoydu"

14 Fevral, 16:00 Sosial mediada paylaşın:
“Herta”nın sərmayədarı Lars Vindhorst bu günlərdə komandadan istefa verən Yürgen Klinsmannın hərəkətini şərh edib.
O, təyinatından cəmi 2 ay yarım sonra komandanı tərk etməyin məntiqini anlamadığını bildirib: “Klinsmann bizi yarıyolda qoydu. Buna təəssüf edirəm. Telefon danışığımızda Yürgen öz hərəkətinə görə üzr istədi. Bu addımı ilə o, klubun Direktorlar Şurasında da yerini itirdi. Belə hərəkəti ancaq uşaqlar edə bilər. Klinsmann isə dünyaca məşhur biridir. Ona görə baş verənlər bağışlanmazdır”.