Koutinyo "Bavariya"da qalmaq istəyir

12 Fevral, 16:00 Sosial mediada paylaşın:
Hazırda icarə əsasında “Bavariya”da çıxış edən “Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo karyerası ilə bağlı qərar verib.
Kataloniya radiosu məlumat yayıb ki, 27 yaşlı braziliyalı futbolçu “Barselona”ya qayıtmaq fikrində deyil. O, Münhen klubunun rəhbərliyi ilə görüşərək növbəti mövsümdə komandada qalmaq istədiyini bildirib. Amma maraqlıdır, “Bavariya” Koutinyonun transferi üçün “Barselona”ya 120 milyon avro ödəyəcəkmi? Çünki klublar arasında anlaşmaya əsasən, Münhen tərəfi braziliyalını transfer etmək üçün məhz bu qədər ödəməlidir. Lakin “Barsa”nın qiyməti aşağı salmağa razı olması barədə məlumatlar var.
Xatırladaq ki, Koutinyo bu mövsüm “Bavariya”nın heyətində 19 oyun keçirib və 6 qol vurmaqla 6 da məhsuldar ötürmə edib.

CANLI YAYIM