Ançelotti: "Rişarlison dünya səviyyəli ulduza çevrilə bilər"

11 Fevral, 16:00 Sosial mediada paylaşın:
“Everton”un baş məşqçisi Karlo Ançelotti hücumçu Rişarlison haqda fikirlərini bölüşüb.
O, braziliyalı futbolçu haqda xoş sözlər deyib: “Kriştianu Ronaldu ilə işləmək mənim üçün çox xoş idi. O, əsl peşəkar idi və daim qol vurmağa çalışırdı. Rişarlison isə hələ o səviyyədə deyil, amma komandada hamı bir nəfər kimi, braziliyalının bizimlə bir yerdə olmasına görə sevinir. Rişarlison gəncdir, yaxşı gələcəyi var, çünki əks-hücumlarda mükəmməl sürətə malikdir. O, dünya səviyyəli ulduza çevrilə bilər və hər şey özündən asılıdır”.

CANLI YAYIM