Sarri "Yuventus"dan istefaya göndərilə bilər

11 Fevral, 13:00 Sosial mediada paylaşın:
“Yuventus” rəhbərliyi baş məşqçi Mauritsio Sarrinin işindən narazıdır.
İtaliya mətbuatı yazır ki, yaxın günlərdə təcrübəli mütəxəssis hətta istefaya göndərilə bilər. “Verona”ya məğlubiyyət təkcə klub rəhbərliyinin yox, oyunçuların da ciddi narahatlığına səbəb olub. Bəzi iddialara görə, aparıcı futbolçular Massimiliano Alleqrinin geri qaytarılmasının tərəfdarı kimi çıxış edirlər. Bu mənada, prezident Andrea Anyellinin hansı qərarı qəbul edəcəyi maraq doğurur.
Xatırladaq ki, Alleqri 2014-2019-cu illərdə “Yuventus”un baş məşqçisi olub.

CANLI YAYIM