"Bayer" Havertsə görə "Bavariya"dan 130 milyon avro tələb edir

10 Fevral, 12:00 Sosial mediada paylaşın:
“Bavariya” Kay Havertsi transfer etmək üçün “Bayer”lə razılığa gələ bilmir.
Almaniya mətbuatı yazır ki, leverkuzenlilər 20 yaşlı yarımmüdafiəçiyə görə 130 milyon avro tələb edir. “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik rəhbərliyə Havertsin transferinin vacibliyini bildirsə də, səlahiyyət sahibləri bu məbləği ödəmək fikrində deyillər.
Xatırladaq ki, “Bayer”in yetirməsi olan və klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Haverts bu mövsüm bundesliqada 18 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM