"Yuventus" Koutinyo ilə maraqlanır

9 Fevral, 09:00 Sosial mediada paylaşın:
Hazırda icarə əsasında “Bavariya”da çıxış edən “Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo “Yuventus”a keçə bilər.
İtaliya mətbuatının yazdığına görə, münhenlilər braziliyalı futbolçunun transfer hüququna sahib çıxmaqdan imtina etsə, turinlilər “Barselona”ya təklif yollayacaq. “Calciomercato” portalının məlumatına görə, Koutinyo ilə “Yuventus”la yanaşı PSG, “Liverpul” və “Arsenal” da maraqlanır. Xatırladaq ki, bir müddət öncə, İspaniya mətbuatı “Barselona”nın Koutinyonu 80-90 milyon avroya satmağa hazır olduğu ilə bağlı məlumat yaymışdı.
Amma “Bavariya” bu oyunçuya sahib çıxmaq istəsə, “Barselona”ya 120 milyon avro ödəməlidir.
 

CANLI YAYIM