PSG Kavani və Tyaqo Silva ilə vidalaşacaq

8 Fevral, 09:36 Sosial mediada paylaşın:
PSG mövsümün sonunda Edinson Kavani və Tyaqo Silva ilə müqavilə müddətini yeniləməyəcək. Fransanın “Ekip” nəşrinin məlumatına görə, parislilər azad agent statusu əldə edəcək bu iki oyunçuyla vidalaşmaqla büdcəsinə qənaət etmək haqda fikirləşir. Məsələ ondadır ki, həm uruqvaylı hücumçu, həm də braziliyalı müdafiəçi hər ay minimum bir milyon avro məvacib alır. Əslində, mövsümün sonunda Kavaninin Paris klubunu tərk edəcəyi gözlənilirdi. Hətta qış “transfer pəncərəsi” zamanı “Atletiko” Edinsonu transfer etmək istəmiş, amma tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdi. Amma hər nə qədər Kavani komandadan getmək istədiyini söyləsə də, Tyaqo Silva PSG-də qalmaq haqda fikirləşirdi.

CANLI YAYIM