Renat Dadaşov "Vulverhempton"u məğlubiyyətdən xilas edib

7 Fevral, 13:00 Sosial mediada paylaşın:
23 yaşa qədər futbolçular arasında İngiltərə premyer liqa kubokunda Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” komandası növbəti görüşünü keçirib.
“Canavarlar”ın səfərdə “Birmingem”li yaşıdları ilə oyunu 2:2 hesabı ilə başa çatıb. Start heyətinə daxil edilən həmyerlimiz 75-ci dəqiqədə vurduğu qolla “Vulverhempton”u məğlubiyyətdən xilas edib.
Qeyd etmək yerinə düşər ki, “H” qrupunda mübarizə aparan və 4 oyuna 8 xal toplayan “Vulverhempton” birinci pillədə qərarlaşıb.

CANLI YAYIM