Əmrə Can Dortmund "Borussiya"sına keçir

28 Yanvar, 14:00 Sosial mediada paylaşın:
“Yuventus”un yarımmüdafiəçisi Əmrə Can karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.
İtaliya mətbuatının məlumatına görə, tərəflər arasında artıq bu barədə razılıq əldə olunub. Müqavilə 2024-cü ildə başa çatacaq. “Borussiya” almaniyalı futbolçuya görə “Yuventus”a 23 milyon avro ödəyəcək. Xatırladaq ki, bundestimin üzvü 2018-ci ilin yayında azad agent statusu ilə “Liverpul”dan “Yuventus”a keçmişdi.
Bu mövsüm A Seriyasında 8 oyun keçirən 26 yaşlı futbolçu qol vura bilməyib.

CANLI YAYIM