Gerye: "Nə əldə etmişəmsə, Qurban Qurbanova borcluyam"

24 Yanvar, 16:30 Sosial mediada paylaşın:
“Qarabağ”dan “Neftçi”yə keçən Donald Gerye Qurban Qurbanov haqda fikirlərini bölüşüb.
“Report.az” portalına müsahibə verən haitili futbolçu Ağdam klubunun baş məşqçisinin ünvanına xoş sözlər deyib: “Qurban Qurbanov həm yaxşı insan, həm də yaxşı məşqçidir. Onun xarakteri var, futbolçular üçün ata kimidir, daim onların yanındadır. Məhz Qurbanovun sayəsində Azərbaycanda uğur qazandım, premyer liqada ən yaxşı əcnəbi sol cinah müdafiəçisi kimi tanındım. Qurbanov məni çox çalışdırdı. Nə əldə etmişəmsə, ona borcluyam. Yadımdadır, "Qarabağ"a transfer olunanda mənə demişdi ki, ona qulaq assam və kömək etsəm, o da mənə kömək edəcək. Qurbanov haqlı idi”.

CANLI YAYIM