"Çelsi" qapıçı axtarışına çıxıb

24 Yanvar, 12:19 Sosial mediada paylaşın:
“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanın klubda qalıb-qalmayacağı sual altındadır.
İngiltərənin “Evening Standard” nəşrinin məlumatına görə, paytaxt təmsilçisi qapıçı axtarışına çıxıb. Buna 25 yaşlı qolkiperin son oyunlarda nəticəyə təsir göstərən səhvlərə yol verməsi səbəb olub. Xəbərdə “Çelsi”nin İngiltərə millisi və “Bernli”nin qapıçısı Nik Poupu transfer etmək istədiyi bildirilir. Bu transfer baş tutarsa, böyük ehtimalla Kepa ilə yollar ayrılacaq. Xatırladaq ki, ispaniyalı qapıçı 2018-ci ildə 80 milyon avro müqabilində “Atletik”dən “Çelsi”yə keçib və onunla müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
Kepa bu mövsüm, bütün turnirlər nəzərə alınmaqla, 43 oyunda çıxış edib və 31 top buraxıb.