Podolski "Vissel Kobe"dən ayrılıb

19 Yanvar, 08:00 Sosial mediada paylaşın:
Almaniyalı hücumçu Lukas Podolski “Vissel Kobe” klubunu tərk edib.
Bu barədə Yaponiya klubunun rəsmi saytı məlumat yayıb. Məsələ ondadır ki, 34 yaşlı futbolçunun “Vissel Kobe” ilə müqavilə müddəti başa çatıb. Nəticədə tərəflər müqaviləni yeniləməmək qərarına gəlib. Xatırladaq ki, Lukas peşəkar karyerasına 2003-cü ildə “Köln”ün heyətində başlayıb. O, 3 ildən sonra “Bavariya”ya keçib və 2009-cu ildə yenidən “Köln”ə qayıdıb. Podolski 2012-ci ildə “Arsenal”a transfer olunubsa, daha sonra “İnter”ə icarəyə verilib. 2015-ci ildə “Qalatasaray”a keçən əslən polşalı olan futbolçu 2 il sonra Yaponiyanın “Vissel Kobe” klubuna üz tutub.
2004-2017-ci illərində Almaniya millisinin heyətində çıxış edən Podolski 2014-cü ildə dünya çempionluğu sevincini yaşayıb.

CANLI YAYIM