Rivaldo: "Barselona" Valverdeyə hörmətsizlik etdi"

16 Yanvar, 12:00 Sosial mediada paylaşın:
“Barselona”nın sabiq hücumçusu Rivaldo Kataloniya klubunu Ernesto Valverdeyə hörmətsizlik etməkdə günahlandırıb.
Braziliyalı futbolçu mətbuata açıqlamasında bunları söyləyib: “Barselona” baş məşqçi dəyişikliyini düzgün şəkildə həyata keçirmədi. Onlar belə addım atmaqla Ernesto Valverdeyə qarşı hörmətsizlik etdilər. Sənin baş məşqçin varsa, başqası ilə danışıqlar aparmağın düzgün deyil. Əlbəttə, futbol həm də biznesdən ibarətdir. Amma “Barselona” kimi klubun belə vəziyyətlərdən qaçması üçün həmişə ehtiyat variantı olmalıdır”.

CANLI YAYIM