"Napoli" Lobotkanı transfer edib

16 Yanvar, 11:00 Sosial mediada paylaşın:
“Napoli” “Selta”nın yarımmüdafiəçisi Stanislav Lobotkanı transfer etdiyini açıqlayıb.
Bir neçə gün öncə isə italiyalı jurnalist Canluka Di Martsio bu transferin həyata keçəcəyini və neapolluların slovakiyalıya görə 20 milyon avro transfer haqqı ödəyəcəyini xəbər vermişdi. 25 yaşlı yarımmüdafiəçi “Napoli” ilə 4,5 illik müqavilə imzalayıb. O, bu müddət ərzində ilə 1,8 milyon avro məvacib alacaq. Xatırladaq ki, Lobotka cari mövsüm “Selta”nın heyətində 17 oyun keçirsə də, nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
“Selta”ya qədər Slovakiyanın “Trençin” və Danimarkanın “Nordşellan” komandasında çıxış edən Lobotka Slovakiya millisinin heyətində keçirdiyi 22 oyunda 3 qol vurub.