"Mançester Yunayted" Kay Havertsi almaqdan imtina etdi

14 Yanvar, 16:00 Sosial mediada paylaşın:
“Mançester Yunayted” “Bayer”in yarımmüdadiəçisi Kay Havertsi almaqdan imtina edib.
“The Atletic”in məlumatında bildirilir ki, leverkuzenlilər Havertsin müqabilində 100 milyon avro tələb edir və buna görə mançesterlilər danışıqları dayandırıb. Xatırladaq ki, Haverts cari mövsüm bundesliqada keçirdiyi 14 görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, heyəti gücləndirmək haqda fikirləşən “qırmızı şeytanlar” “Tottenhem”dən Qarri Uinks və “Aston Villa”dan Cek Qrilişi də heyətinə qatmağı planlaşdırır.

CANLI YAYIM