Simon Kyaer "Milan"a keçib

13 Yanvar, 16:20 Sosial mediada paylaşın:
“Sevilya”nın müdafiəçisi Simon Kyaer mövsümün ikinci hissəsində icarə əsasında “Milan”da çıxış edəcək.
Bu barədə, Əndəlüs klubunun rəsmi saytı məlumat yayıb. Maraqlıdır ki, mövsümün ilk dövrəsində də danimarkalı müdafiəçi icarə əsasında A Seriyasında çıxış edən “Atalanta”nın şərəfini qorumuşdu. O bu müddət ərzində 6 oyun keçirib. Buna qədər 30 yaşlı futbolçu “Palermo”, “Volfsburq”,  “Roma”, “Lill”, “Midtyulland” və “Fənərbağça”nın heyətində də çıxış edib. Kyaer karyerası boyunca İtaliya çempionatında keçirdiyi 89 oyunda 5 ol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli müdafiəçinin Danimarka millisində 95 oyuna 3 qol vurduğunu da xatırladaq.