Makqreqor Serroneyə meydan oxudu

12 Yanvar, 09:00 Sosial mediada paylaşın:
2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədova məğlub olandan sonra oktaqona çıxmayan Konor Makqreqor yanvarın 18-də üz-üzə gələcəyi Donald Serroneni məğlub edəcəyinə əmindir.
Las Veqasdakı görüşdən öncə irlandiyalı döyüşçü amerikalı rəqibinə meydan oxuyub: “Mən Donaldın gücünə yaxşı bələdəm. O bu günə qədər oktaqonda xeyli sayda döyüş keçirib. Serrone inkişaf etməkdə olan idmançıdır. Donald həm də çox ailəcanlı bir insandır. Mən ona hörmət edirəm və çox maraqlı bir döyüşün baş tutacağına da ümid edirəm. İndiki məqamda oktaqona qayıtmağım yerinə düşdü. Yanvarın 18-də döyüş meydanında növbəti dəfə ulduz kimi parlayacağam”.
Makqreqor çəkisinin artıq olması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Niyə artıq çəki ilə bağlı narahat olmalıyam ki? Bu məni narahat etmir. Onu istənilən çəkidə məğlub edərəm. Hətta xəstə olan vəziyyətdə də Serronenin öhdəsindən gələ bilərəm”.

CANLI YAYIM