"Neftçi" "Maşinsazi"nin kapitanını transfer edib

11 Yanvar, 12:23 Sosial mediada paylaşın:
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. 28 yaşlı iranlı yarımmüdafiəçi Saman Nəriman Cahan “ağ-qaralar” ilə 1,5 il müddətinə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Maşinsazi”nin (2916-2017, 2019) kapitanı olmuş Saman, İranın "Naft Tehran” (2012-2013), "Gostareş Fulad” (2012-2013, 2013-2016, 2017-2018), "Traktor” (2014-2016), "Persepolis” (2017) və "Paykan" (2018-2019) klublarında da çıxış edib. İran çempionatının qalibi (2017) olmuş futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.