Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb

10 Yanvar, 15:54 Sosial mediada paylaşın:
İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb. Dünən yarışların  təntənəli açılış mərasimi keçirilib. 
Tədbirdə çıxış edən İsveçrə prezidenti Sommaruqa Simonetta və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax yarış iştirakçılarına uğurlar arzulayıblar. Daha sonra mərasimdə müxtəlif kompazisiyalar nümayiş olunub. 
Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında 78 ölkədən 1872 idmançı mübarizə aparır.  15-18 yaşlı atletlər arasında təşkil olimpiadanın proqramına əsasən, bu il ilk dəfə olaraq yarışacaq qız və oğlan idmançıların sayı bərabərdir. Olimpiya Oyunlarında ölkəmzii Yekaterina Ryabova təmsil edir.  İdmançımız fiqurlu konkisürmə yarışlarında bacarığını nümayiş etdirəcək. Atletlər yanvarın 22-dək davam edəcək olimpiadada 16 idman növündə qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

CANLI YAYIM