“Sevilya” “ÇFR Kluj”la, APOEL “Bazel”lə qarşılaşacaq

16 Dekabr, 16:43 Sosial mediada paylaşın:
Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra Avropa Liqasının 1/16 finalında da qarşılaşacaq komandaların kimliyinə aydınlıq gəlib. A qrupunda “Qarabağ”la mübarizə aparan “Sevilya” “ÇFR Kluj”la, APOEL isə “Bazel”lə üz-üzə gələcək. Turnirin son finalçısı “Arsenal”  “Olimpiakos”la münasibətlərinə aydınlıq gətirəcək. Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşəhər” isə “Sportinq”i adlamağa çalışacaq.
Avropa Liqası
 1/16 final
"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)
"Xetafe" (İspaniya) - "Ayaks" (Niderland)
"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)
"Kopenhagen" (Danimarka) - ""Seltik" (Şotlandiya)
APOEL  (Kipr) - "Bazel" (İsveçrə)
"CFR Kluj" (Rumıniya) - "Sevilya" (İspaniya)
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
"AZ Alkmar" (Niderland) – LASK  (Avstriya)
"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
"Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya)
"Şaxtyor" (Ukrayna) - "Benfika" (Portuqaliya)
"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)
"Roma" (İtaliya) - "Gent" (Belçika)
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

CANLI YAYIM