Mancukiç qışda "Yuve"ni Qətər klubuna dəyişəcək

15 Dekabr, 09:26 Sosial mediada paylaşın:
Mario Mancukiç qışda “Yuventus”dan ayrılmağı planlaşdırır.
İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, xorvatiyalı hücumçu Qətər klublarından birindən cəlbedici təklif alıb. Xatırladaq ki, 33 yaşlı hücumçu 2015-ci ildə “Yuventus”a “Atletiko”dan keçmişdi.
Bu mövsüm Mario Turin klubunda bir oyunda da meydana çıxmayıb. Onun adı hətta ÇL-in iştirak ərizəsinə də salınmayıb.

CANLI YAYIM