Sulşer yeni transferlər tələb edir

14 Dekabr, 11:41 Sosial mediada paylaşın:
Ole Qunnar Sulşer “Mançester Yunayted”in yeni transferlərə ehtiyacı olduğunu söyləyib.
İngiltərə mətbuatına açıqlama verən norveçli mütəxəssis əsas rəqiblərindən geri qaldıqlarını da etiraf edib: “Biz bir neçə mövqeyi gücləndirmək istəyirik. Heyətimizi digər komandalarla müqayisə etsəniz, onlardan geri qaldığımızı görərsiniz.
Ən azı heyətdə rotasiya aparmaq üçün 2-3 oyunçu transfer etməyi planlaşdırırıq. Görək hansı futbolçularla anlaşacağıq”.

CANLI YAYIM