Zidan: “Liverpul”la üz-üzə gəlsək, bu komandanı məhv edəcəyik”

12 Dekabr, 12:51 Sosial mediada paylaşın:
ÇL-in qrup mərhələsinin son oyununda “Brügge” üzərində qələbədən sonra mətbuat konfransında “Real”ın baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlamaları ilə yadda qalıb.
Fransalı mütəxəssis hətta turnirin son qalibi “Liverpul”a da söz atıb. Zidan öncə oyundan danışıb: “Həm komandamın oyunundan, həm də qələbədən razı qaldım. Oyunun əvvəlində bir qədər çətinliklə üzləşdik. Oyunçularıma özlərinə gəlməsi üçün 10-15 dəqiqə vaxt lazım oldu. İkinci hissəni isə yaxşı keçirdik.
Yoviçin məhsuldarlığı sizin yox, mənim problemimdir. O, öz üzərində işləməlidir. O, hər dəfə meydana çıxanda nəyə qadir olduğunu göstərir. Düzdü, daha az oynadığından işi o qədər də asan olmur, amma özü də vəziyyəti başa düşür.
“Liveprul”la qarşılaşmaq istəməzdik? Niyə elə deyirsiniz ki, “Liverpul”la üz-üzə gəlsək, bu komandanı məhv edəcəyik” (gülür).

CANLI YAYIM