D`Antoni mövsümün sonunda "Hyuston"dan gedəcək

11 Dekabr, 13:43 Sosial mediada paylaşın:
“Hyuston”un baş məşqçisi Mayk D`Antoni mövsümün sonunda klubu tərk edəcək.
Bu barədə Amerika mətbuatı məlumat verib. Buna təcrübəli mütəxəssisin fəaliyyətinin klub rəhbərliyini qane etməməsi səbəb olub. Amma mənbənin yazdlığına görə, “Rokets” bu mövsüm NBA çempionu olsa, Texas klubunun rəhbərliyi onunla uzunmüddətli müqavilə imzalayacaq.
Xatırladaq ki, D`Antoni son 4 mövsümdə bu komandanı çalışdırsa da, “Hyuston” Ceyms Harden kimi lideri ilə hələ də NBA finalına çıxa bilməyib.