Deşam Fransa millisi ilə müqavilə müddətini yenilədi

11 Dekabr, 13:41 Sosial mediada paylaşın:
Didye Deşam Fransa millisi ilə müqavilə müddətini daha 2 illiyə artırıb.
Fransa Futbol Federasiyasının “Tvitter” səhifəsinin verdiyi məlumata görə, 51 yaşlı mütəxəssis 2022-ci ilə qədər millinin “sükanı arxası”nda qərarlaşacaq. Bundan öncəki müqavilənin müddəti isə 2020-ci ilin yayında başa çatacaqdı.
Xatırladaq ki, 2012-ci ildən milli komandanı çalışdıran Didye Deşam son mundialda fransızlara dünya çempionluğu qazandırmışdı.

CANLI YAYIM