“Everton” Unay Emeriyə təklif göndərib

10 Dekabr, 15:11 Sosial mediada paylaşın:
Bir neçə gün öncə “Arsenal”dan istefaya göndərilən Unay Emeri yenidən İngiltərədə çalışa bilər.
“Sky Sports”un məlumatına görə, “Everton” ispaniyalı mütəxəssisə təklif göndərib. Hətta tərəflər Londonda görüşüblər də. Mənbənin yazdığına görə, Emeri hazırda istirahət etmək istəsə də, uzun müddət kənarda qalmaq haqda fikirləşmir. 
Xatırladaq ki, ötən həftə “Everton” portuqaliyalı baş məşqçisi Marku Silvanı istefaya göndərmişdi. Hazırda komandanı müvəqqəti olaraq klubun sabiq oyunçusu Dankan Ferqyuson çalışdırır.

CANLI YAYIM