"Lester" dayanmaq bilmir

9 Dekabr, 16:22 Sosial mediada paylaşın:
İngiltərə premyer-liqasında bazar günü 4 görüş keçirilib. Maraqlıdır ki, 4 oyunun hamısı da məhsuldar alınıb.
Mövsümün sürpriz komandalarından olan “Lester” səfərdə “Aston Villa”nı darmadağın edərək ardıcıl 8-cu qələbəsini qazanıb. Bu qələbə ilə Brendan Rocersin komandası 2-ci pillədəki mövqeyini qoruyub.
Son turların yüksəlişdə olan komandası “Nyukasl” da “Sent-Ceyms Park”da “Sauthemton” minimal hesabla məğlub edib. Mövsümün daha bir sürpriz komandalarından olan “Şeffild Yunayted” səfərdə “Norviç” üzərində əzmkar qələbə qazanıb.
İngiltərə Premyer Liqası
16-cı tur
8 dekabr
Aston Villa – Lester Siti 1:4
Qriliş, 45+2 – Vardi, 20; 75. İheanaço, 41. Evans, 49.
Nyukasl – Sauthempton 2:1
Şelvi, 68. F.Fernandes, 87 – İnqs, 52.
Norviç – Şeffild Yunayted 1:2
Tettey, 27 – Stevens, 49. Baldok, 52.
Brayton – Vulverhempton 2:2
Maupay, 34. Probber, 36 – Jota, 28; 44.

CANLI YAYIM