Azərbaycanın qadın idman gimnastları beynəlxalq turnirdə 2 medal qazanıblar

3 Dekabr, 11:07 Sosial mediada paylaşın:
Azərbaycanın qadın idman gimnastları Polşanın Katovitse şəhərində keçirilmiş beynəlxalq “Barborka Cup 2019” turnirində 2 medal qazanıb. 
 
Gənclər yaş qrupunda çıxış edən Milana Minakovskaya 48,634 balla çoxnövçülükdə qızıl medala yiyələnib. Bu yaş kateqoriyasında iştriak edən daha bir gimnast Nazənin Teymurova isə yarışı 11-ci yerdə bitirib.
 
Daha bir medala yeniyetmələr arasında çıxış edən Məryəm Musayeva sahib olub. O, 52,267 balla çoxnövçülükdə 3-cü yeri tutub. Musayeva ilə eyni qrupda çıxış edən Duyğu Məcidzadə isə 8-ci yerdə qərarlaşıb.