"Bayern" Almaniya Kubokunda mübarizəni dayandırdı

4 Dekabr, 11:15 Sosial mediada paylaşın:
Almaniya kuboku uğrunda turnirin 1/8 finalında “Bayern” Münxen “Bayer” Leverkuzenlə üz-üzə gəlib.
Görüş qarşılıqlı hücumlarla start götürüb. Matçın 17-ci dəqiqəsində qonaqların təhlükəli əks hücumu  Münxen klubuna baha başa gəlib. Beləki, qapıçı mövqeyini tərk edən Manuel Noyer cərimə meydançasının kənarında Jeremi Frimponqa qarşı kobud oyununa görə qırmızı vərəqə ilə cəzalandırılıb. Qeyd edək ki, bu , 38 yaşlı qapıçının karyerasında ilk qırmızı vərəqə olub. Birinci hissədə hesab açılmayıb. Fasilədən sonra hücumlarının kəsərini artıran Leverkuzen təmsilçisi 69-cu dəqiqədə istəyinə çatıb. Neytan Tella başla dəqiq oynayıb. Qarşılaşmanın qalan vaxtında isə qol vurulmayıb. Beləliklə “Bayern”ə 1-0 hesabı ilə qalib gələn “Bayer” Leverkuzen ¼ finala adlayıb. Bundesliqa təmsilçilərindən “Ştutqart” “Yan Reqensburq”dan 3-0, “Verder” Bremen “Darmştadt”dan 1-0 hesabı ilə üstün olub. “Frayburq” isə “Belfeld"ə 1-3 hesabı ilə uduzub.

CANLI YAYIM