"Fənərbağça" qalib gəldi, "Beşiktaş" xal itirdi

3 Dekabr, 13:00 Sosial mediada paylaşın:
Türkiyə çempionatında 14-cü tura yekun vurulub.
“Fənərbağça” azarkeşləri önündə “Qaziantep”lə qarşılaşıb. Meydan sahibləri 3-cü dəqiqədə Oğuz Aydının qolu ilə hesabı açıblar. Fasilə ərəfəsində tarazlıq bərpa olunub. Devid Okereke fərqlənib. 2-ci hissə tamamilə İstanbul klubunun üstünlüyü ilə keçib. Bu hesabda da öz əksini tapıb. 78-ci dəqiqədə Rodriqo Bekao yenidən meydan sahiblərini önə keçirib. 83-cü dəqiqədə isə Edin Dzeko yekun hesabı müəyyənləşdirib. “Fənərbağça” – “Qaziantep” 3:1. Bu qələbə ilə xal ethiyyatını 32-yə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Qaziantep”in hesabında 15 xal var.
“Beşiktaş” Hatay səfərində xal itkisi ilə üzləşib. Oyunda ilk qolu meydan sahibləri vurublar. “Hatayspor”un 26 yaşlı yarımmüdafiəçisi Gorkem Sağlam diqqət mərkəzinə düşüb. Fasilə ərəfəsində istanbullular hesabı bərabərləşdiriblər. Çiro İmmobile fərqlənib. Qarşılaşma 1:1 hesabilə yekunlaşıb. “Beşiktaş” 22 xalla 5-ci pillədə gedir. “Hatayspor” isə 8 xalla autsayderlər cərgəsində qərarlaşıb. Türkiyə çempionatına 35 xalla “Qalatasray” başçılıq edir.

CANLI YAYIM