Avroliqada 11-ci tura yekun vurulub

23 Noyabr, 12:00 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 11-ci tur başa çatıb.  Turnirin hazırkı qalibi “Panatinaikos” Kaunasda “Jalgiris”in qonağı olub. Son 3 oyunda məğlub olan Litva təmsilçisi bu dəfə azarkeşlərini məyus etməyib. Artıq ilk dəqiqələrdən təşəbbüsü ələ alan meydan sahibləri fasiləyə 7 xal fərqilə öndə yollanıb. 3-cü bölümdə Afina komandası təşəbbüsü ələ alıb. Amma son periodda “Jalgiris” yenidən hücumlarının kəsərini artırıb. Nəticədə “Panatinaikos”u 84:77 hesabı ilə məğlub edən “Jalgiris” turnirdə 7-ci qələbəsini qazanıb.
Bu mövsüm evdə keçirdiyi bütün oyunlarda qalib gələn “Bayern” bu dəfə Münxendə “Barselona”ya heç bir şans verməyib. İlk hissədə 48 xal toplayan Almaniya klubu fasilədən sonra daha inamlı təsir bağışlayıb.  Nəticədə “Bayern” “Barselona”ya 100:78 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu Andreas Obst olub. Münxenlilərin oyun qurucusu meydanı 34 xalla tərk edib. O bu oyunda 11 dəqiq 3-lük ataraq Avroliqada həm də yeni rekord müəyyənləşdirib.   11 turdan sonra turnir cədvəlində ümumi vəziyyətə gəlincə, “Fənərbağça” 9 qələbə ilə liderliyini davam etdirir. “Olimpiakos”, “Bayern” və “Paris” hərəyə 8 qələbə ilə 2-ci 4-cü pillələri bölüşdürür.

CANLI YAYIM