Azərbaycan boksçuları Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Yığmanın iki üzvü - Maqsud Xasmetov (63,5 kiloqram) və Nəbi İsgəndərov (71 kiloqram) finala kimi irəliləyiblər.
Hər iki idmançı həlledici görüşdə məğlub olaraq gümüş medala yiyələniblər.