Mayk Tayson 19 ildən sonra rinqə qayıdır

30 Aprel, 14:00 Sosial mediada paylaşın:
Əfsanəvi boksçu Mayk Tayson yenidən rinqə qayıdır.
Superağır çəkidə 57 yaşlı sabiq dünya çempionu 19 ildən sonra sonra növbəti görüşünü amerikalı videobloger Ceyk Pola qarşı keçirəcək. Döyüş iyulun 21-də Amerika Birləşmiş Ştatlarının Arlinqton şəhərində təşkil olunacaq. Xatırladaq ki, Tayson sOn döyüşünü 2005-ci ildə Kevin Makbrayda qarşı keçirmiş və rinqi məğlubiyyətlə tərk etmişdi. Ceyk Pol isə indiyə qədər keçirdiyi 10 görüşün 9-da qalib gəlib. Bu döyüşlərin 6-da o, rəqiblərini nokautla məğlub edib.

CANLI YAYIM