Basketbol klublarımız heyətini gücləndirir

25 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Yeni mövsümə hazırlaşan basketbol klublarımız heyətlərini yeniləməyə davam edir.
Bu ildən Azərbaycan çempionatında debüt edəcək “Ordu” klubu artıq baş məşqçisini ictimaiyyətə təqdim edib. Bu komandanı, U-20 millisinə də rəhbərlıik edən Alberto Blanko çalışdıracaq. İspaniyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Bununla yanaşı, “Ordu” klubu ispaniyalı basketbolçu Roke ilə də anlaşıb. Basketbolçunun son klubu ölkəsinin “Villaqarsiya” komandası olub. Roke “hərbiçilər”lə 1 illik müqavilə imzalayıb.
“Ordu” kimi ölkə çempionatında debüt edəcək “Lənkəran” komandası da heyətini gücləndirir. Cənub təmsilçisi 28 yaşlı Orxan Abbasovu heyətinə qatıb. Təcrübəli oyunçunun son klubu “Gəncə” olub. O, bundan başqa Rusiyanın “Simferopol”, “TimTim”, “Orlan” və “Moskva” klublarının şərəfini qoruyub. Qeyd edək ki, “Lənkəran” bundan əvvəl yerli basketbolçulardan Rəşid Abbasov, Zumrat Ankbazov, Vahid Ağasəzadə və Mirməcid İsmayılovu da heyətinə qatıb. Xatırladaq ki, basketbol üzrə Azərbaycan çempionatında yeni mövsümdən 12 komanda çıxış edəcək.  Komandalar A və B qruplarına bölünərək pley-offa vəsiqə uğrunda mübarizə apacaq. Turnir oktyarbrın 18-də start götürəcək.    

CANLI YAYIM