Siyavuş Ağamehdi oğlu Əliyev 7 sentyabr 1974-cü ildə Bakıda anadan olub.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun mühasibat uçotu-iqtisad fakültəsini bitirmişdir. 2005-ci ildə İctimai Televiziyada jurnalist fəaliyyətinə başlayıb.
2006-cı ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “İdman verilişləri” redaksiyasında redaktor, 2019-cu ildən isə direktor müavini vəzifəsində çalışır.