Milli komandamız UEFA Millətlər Liqasında sonuncu görüşünə çıxıb. Futbolçularımız Bakıda Qazaxıstan kollektivi ilə üz-üzə gəlib. Qeyd edək ki, bu görüşə kimi Qazaxıstan millisi qrup liderliyini təmin edərək B liqasına vəsiqə əldə etmişdi. “Dalğa Arena”da keçirilən görüşə futbolçularımız daha yaxşı başlayıblar. Topa daha çox sahib olan meydan sahibləri rəqibi qapsına doğru sıxışdırıblar. 35-ci dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Kobud oynayan Nurəli Alıp  idmançıya yaraşmayan hərəkətə yol verdiyi üçün ard-arda 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən komandamız təzyiqi daha da artırıb. Bu epiozodda az qala Qazaxıstan milisinin üzvü Aslan Darabayev avtoqol müəllifi olacaqdı. Amma qolkiper inamlı oynayıb.  Beləliklə ilk hissədə hesab açılmayıb. Fasilədən sonra millimiz təşəbbüsü tamamilə ələ alıb. Komandamızın aramsız hücümları 66-cı dəqiqədə bəhrəsini verib. Topu uzaqlaşdırmağa çalışan qonaqlar onu öz qapılarından keçiriblər. Aleksandr Maroçkin avtqol müəllifi olub. Bu dəfə Qazaxıstan millisinin qolkiperi də komandasını xilas edə bilməyib. 74-cü dəqiqədə hesab artıb. Filip Ozobiç qapını dəqiq nişan alıb 2:0. Oyunun sonunda futbolçularımız daha bir qol vurublar. Anatoli Nuriyev yekun nəticəni müəyyənləşdirib: Azərbaycan – Qazaxıstan 3:0.

Beləliklə millimiz UEFA Millətlər Liqasını qələbə ilə başa vurub. Ardıcıl 3-cü oyununda qalib gələn seçməmiz 10 xalla qrupu 2-ci pillədə başa vurub. Bakıda ilk məğlubiyyəti ilə üzləşən Qazasıstan seçməsi isə 13 xalla qrupun lideri olub və növbəti mövsüm B liqasında çıxış edəcək. Əlavə edək ki, paralel keçirilən qarşılaşma – Slovakiya–Belarus oyunu 1:1 hesabı ilə bitib. Beləliklə Slovakiya yığması 7 xalla 3-cü yeri tutub. Belarus seşməsi isə 3 xalla sonuncu olaraq C liqasını tərk edib.

Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Canni de Byazi bunları deyib:“Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq. Əslində qrupdakı 6 görüşün hamısında yaxşı oyun sərgiləmişdik. I turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyətə layiq deyildik. Amma bəzən müdafidə səhvlər etdik və bizə baha başa gıdi. Düşünürəm ki, doğtu yoldayıq.  Komanda inkişaf edir".